Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərdən sonra ölkədə səfərbərlik elan ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Putin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitindən sonra keçirilən mətbuat konfransında bu məlumatların həqiqətə uyğun olmadığını deyib.
Rusiya Prezidenti bildirib ki, səfərbərliklə bağlı yayılan məlumatlar Rusiyaya qarşı informasiya hücumunun bir hissəsidir.
Putin, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ukrayna münaqişəsinin dondurulması ilə bağlı təklifinə münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ Tokayevlə ikitərəfli şəkildə müzakirə edilməyib.
Putin qeyd edib ki, Qazaxıstan Prezidenti bu təklifi açıq şəkildə səsləndirib və bundan sonra tərəflər məsələyə bir daha qayıtmayıblar.
Rusiya Prezidenti vurğulayıb ki, Moskva münaqişəni dondurmaq deyil, müharibəni başa çatdırmaq, Ukraynada və bütövlükdə Avropada uzunmüddətli və davamlı sülhə nail olmaq istəyir.
Putin əlavə edib ki, Moskva sülhün əldə olunmasını istəyən hər kəslə danışıqlar aparmağa hazırdır.