Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinin Moskvaya səfəri zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliflə görüşməkdən imtina etdiyi barədə xəbərləri təkzib edib.
Turkustan.az xəbər verir ki, Uşakov Rusiyanın “Life” xəbər saytına açıqlamasında bəzi Qərb media orqanlarında yayılan iddialara münasibət bildirib.
O qeyd edib ki, Putinlə Retkliff arasında görüş keçirilməsi planlaşdırılmayıb.
“Xeyr. Bildiyimə görə, belə bir plan yox idi. MKİ direktoru Retkliff Rusiya kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb”, – deyə, Uşakov bildirib.
Aytən Yaşar/ Turkustan.az