Qarabağ ətrafında yaranmış problemlər Rusiya ilə Ermənistan arasında hazırkı münasibətlərin formalaşmasında həlledici rol oynayıb.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə söhbəti zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünə toxunarkən deyib.
Putin Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı açıqlamalarını da şərh edib.
Rusiya lideri bildirib ki, məsələnin kökləri Qarabağla bağlı problemlərə gedib çıxır:
“Hər şey Qarabağla bağlı problemlərdən başladı. Ermənistanın baş naziri Praqada müvafiq sənədi imzaladı və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı. Həmin andan etibarən bu məsələdə bizim mövqeyimiz kifayət qədər ikili xarakter aldı”.
Putin Rusiyanın Azərbaycanın daxili siyasi məsələlərinə müdaxilə edə bilməyəcəyini və ya etməli olmadığını vurğulayıb.
“Biz nə etməliyik, Azərbaycanın daxili siyasi işlərinə müdaxilə edə bilərikmi və ya etməliyikmi?” – deyə Putin qeyd edib./Globalinfo.az