“Nə edək? Bizə düşən nədir? Lazım olanı etmək. Yunanıstanla yaxşı qonşuluq prinsipləri əsasında münasibətlərimizi davam etdirmək istəyirik. Quru ərazimizdən, məsələn, Kaşdan Yunanıstana səslənsək, səsimizi eşidərlər, elə deyilmi? Amma biz hər məsələdə səmimi olmuşuq. Konstruktiv davranan tərəf olmuşuq. Amma çox vaxt xoş niyyətimizin qarşılığını görə bilməmişik”.
Turkustan.az xəbər verir ki, bu sözləri Yunanıstanın Egey dənizindəki adalarda hərbi potensialını artırmasını şərh edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əvvəla, Yunanıstan artıq bunu başa düşməlidir ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur, amma heç kimə də öz hüquqlarını tapdalatmaz. Beynəlxalq müqavilələrin heçə sayılması və onların pozulması heç kimə fayda gətirməyəcək. Türkiyənin soyuqqanlı və sağlam düşüncəli yanaşmasını kim acizlik kimi qiymətləndirirsə, açıq deyirəm, bu, çox ciddi səhvə yol vermək deməkdir. Yunanıstan düşdüyü bu yanlış yoldan geri dönməli, qeyri-hərbi statusa malik adaları silahlandırmaqdan əl çəkməlidir.
Tarix ibrət götürənlər üçün çox yaxşı yol göstəricisidir. Biz regionumuzda sülh, təhlükəsizlik və sabitlik naminə çalışmağa davam edəcəyik”, - dövlət başçısı vurğulayıb./teleqraf