Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir


2026-cı il qasırğa mövsümünün dördüncü tropik siklonu olan “Dolli” tropik fırtınası cümə axşamı Atlantik okeanında formalaşıb.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Proqnoza görə, tropik fırtınanın sürəti saatda 64 kilometrdir və sürətlə qərbə doğru hərəkət edir.

Yağan güclü yağış şənbə axşamından bazar gününə qədər Virgin adaları, Puerto Riko və Hispaniola da daxil olmaqla, Livard adalarına təsir göstərməyə başlaya bilər.


MANŞET XƏBƏRLƏRİ