"Qarabağ" mübarizəni dayandırdı: 12 illik seriya qırıldı


UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Tvente" (Niderland) matçı üçün heyətlər açıqlanıb.

Turkustan.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Qarabağ": 23. Martin Zlomisiçliç, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 88. Samuel Lobato, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 22. Musa Qurbanlı.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 9. Joni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov.

"Tvente": 1 Lars Unnerştall, 38 Bruns, 43 Nistad, 3 Robin Pröpper (k), 28 Bart van Roy, 6 Ramiz Zeruki, 42 Veydmann, 27 Öryaseter, 11 Daan Rots, 19 Taha, 9 Vaut Veqhorst.

Ehtiyat oyunçular: 16 Drommel, 22 Pasyer, 4 Kjölo, 7 Pyatsa, 12 Qilherme Peyşoto, 17 Torvaldsen, 20 Van den Belt, 24 Kurowski, 25 Venneqor of Hesselink, 26 Nagel, 29 Adelqard, 39 Meilink.

***

Matç Bakı vaxtı ilə saat 20:15-də start götürüb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

***

59-cu dəqiqədə komandamızın oyunçusu Kadi Borges hesabı açıb: 1 - 0

***

80-ci dəqiqədə "Tvente"nin oyunçusu Marko Piyatsa hesabı bərabərləşdirib: 1 - 1

***

92-ci dəqiqədə "Tvente" növbəti qoluna imza atıb: 1 - 2.

***

Matç qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb. Ümumi hesab (2-2) isə bərabər olduğundan matçda əlavə vaxt oynanılacaq.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda dördüncü qol vurulub.

Qonaqlar hesab arasındakı fərqi artırıb: 1 - 3.

Əlavə vaxtda, 94-cü dəqiqədə Vaut Veqhorst fərqlənib.

***

115-ci dəqiqədə "Tvente"nin oyunçusu Yunes Taha fərqi daha da artırıb: 1 - 4.

***

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ