Trampdan İrana sərt mesaj: “İndi bunun bədəlini ödəyəcəklər”


ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti açıqlamasını verib.

Turkustan.az xəbər verir ki, Tramp özünün rəqəmsal platforması olan Truth Social-da paylaşım edərək bunları bildirib:

"İran ordusu tamamilə dağınıq vəziyyətdədir. Ordunun böyük bir hissəsi, məsələn, donanma və hava qüvvələri artıq yoxdur. Onlar tamamilə məğlub olublar."

İran yalnız danışır, hərəkət etmir. Yaxın Şərqin zorakısı ölüb. Onlar özləri üçün əla ola biləcək bir razılaşmanı müzakirə etməkdə çox gec idilər və indi bunun bədəlini ödəyəcəklər."

Tramp və ABŞ ordusu ABŞ-a məxsus Apache helikopterinin vurulmasına cavab olaraq gecə yarısından sonra İrana qarşı qisas hücumları başlatdıqlarını açıqladılar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ