"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə bu gün ilk oyununu keçirəcək.
Turkustan.az xəbər verir ki, "Qarabağ" Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq. /Bakıvaxtı.az/