Tramp: "İran razılaşma əldə etmək istəyir"


ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Zirvə Toplantısından sonra ABŞ-a qayıdarkən Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın İrana qarşı son hərbi əməliyyatlarına toxunan Tramp bildirib ki, Tehran Vaşinqtonla razılaşma əldə etmək istəyir.

"Bu yaxınlarda zəng etdilər. Onlar razılaşmanı çox istəyirlər. Sadəcə, buna dəyər olub-olmadığını bilmirəm. Əgər razılaşma əldə olunsa, ona sadiq qalacaqlarına əmin deyiləm. Problem də bundadır", – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin ABŞ-ın İrana endirdiyi zərbələrə münasibət bildirərək qeyd edib:

"Mən demişdim ki, onlar bizə hər dəfə zərbə endirəndə 20 dəfə daha sərt cavab verəcəyik və dünən gecə də bunu etdik."

ABŞ prezidenti NATO-nun Ankarada keçirilən Zirvə Toplantısını son dərəcə məhsuldar adlandırıb. O, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, tərəflər arasında əməkdaşlığın gələcəkdə də davam edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ