14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn


İran-ABŞ memorandum layihəsinin yeni təfərrüatı ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, memorandum 14 maddədən ibarətdir:

1. Livan da daxil olmaqla, bütün cəbhələrdə dərhal və daimi atəşkəs;

2. ABŞ-ın İranın daxili işlərinə qarışmamaq və İranın suverenliyinə hörmət etmək öhdəliyi;

3. 30 gün ərzində dəniz blokadasının tam ləğvi;

4. ABŞ-ın İranı əhatə edən ərazilərdən qüvvələrini çıxarmaq öhdəliyi;

5. İran razılaşmaları çərçivəsində 30 gün ərzində Hörmüz boğazının yenidən açılması;

6. İran neftinə, neft-kimya məhsullarına və əlaqəli ixracata qarşı sanksiyaların dayandırılması, nəticədə əldə edilən gəlirlərə tam çıxış imkanı;

7. ABŞ və müttəfiqləri İran üçün ən azı 300 milyard dollar dəyərində yenidənqurma planları təmin etməlidir;

8. Nüvə məsələləri üzrə yekun razılığa gəlmək və ABŞ-ın əsas və ikinci dərəcəli sanksiyalarının, eləcə də BMT Təhlükəsizlik Şurası və MAQATE tədbirlərinin tamamilə aradan qaldırılması üçün 60 günlük danışıqlar müddəti;

9. İran nüvə silahı hazırlamamaq barədə öhdəliyini bir daha təsdiqləyir;

10. Danışıqlar zamanı ABŞ bölgəyə əlavə qüvvələr yerləşdirməyəcək və ya yeni sanksiyalar tətbiq etməyəcək;

11. 60 günlük danışıqlar dövründə İranın dondurulmuş aktivlərinin 24 milyard dollarının azad edilməsi, danışıqlar başlamazdan əvvəl yarısının təqdim edilməsi;

12. Razılaşmanın icrasına nəzarət etmək üçün monitorinq mexanizminin yaradılması;

13. Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənəcək;

14. İranın dondurulmuş vəsaitlərinin yarısının azad edilməsindən, neft sanksiyalarının dayandırılmasından və dəniz blokadasının ləğvindən əvvəl yekun danışıqlara başlanılmayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş nüvə materiallarının taleyi, uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi və İran iqtisadiyyatının bərpası proqramı məsələlərini əhatə edəcək. İranın raket proqramı və müqavimət qruplarına dəstəyi ilə bağlı məsələlərin isə gündəlikdən tamamilə çıxarıldığı bildirilir.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü bu layihənin hələ də İranda aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməli və yekunlaşdırılmalı olduğunu deyib./axar.az


MANŞET XƏBƏRLƏRİ