Ankarada iki gün davam edən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə Görüşü başa çatıb. Sammitin yekununda birgə bəyanat qəbul edilib.
Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte isə yekun mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Rutte çıxışında Türkiyənin ev sahibliyini yüksək qiymətləndirərək Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib. O bildirib ki, bir il əvvəl Haaqa sammitində götürülən öhdəliklərin həyata keçirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub.
Rusiya-Ukrayna müharibəsinə də toxunan NATO baş katibi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ciddi çətinliklərlə üzləşib. Ruttenin sözlərinə görə, Rusiya hər ay təxminən 30-35 min hərbçi itirir.
Aytən Yaşar/ Turkustan.az