Britaniyanın "The Guardian" qəzetinin iddiasına görə, Ankarada keçirilən tarixi NATO Zirvə Toplantısı zamanı alyans liderləri ABŞ Prezidenti Donald Trampı qəzəbləndirməmək üçün qeyri-rəsmi şəkildə Dünya Kuboku mövzusunu gündəmə gətirməməyə üstünlük veriblər.
Turkustan.az xəbər verir ki, Türkiyənin 22 ildən sonra ilk dəfə ev sahibliyi etdiyi NATO Zirvəsi dünən başa çatıb. Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən iki günlük toplantıda ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla 32 ölkə liderini qarşılayıb.
"The Guardian"ın yazdığına görə, zirvə çərçivəsində Avropa liderləri Trampın müdafiə xərcləri ilə bağlı sərt mövqeyinin NATO üçün həssas dönəmdə əlavə gərginlik yarada biləcəyini qiymətləndiriblər. Bu səbəbdən, onun narazılığına səbəb ola biləcək mövzulardan, o cümlədən Dünya Kuboku ilə bağlı müzakirələrdən yayınmağa çalışdıqları iddia olunur.
Aytən Yaşar/ Turkustan.az