Tramp dörd illik müharibənin gedişatını dəyişdirə biləcək səlahiyyət verdi


ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Turkustan.az xəbər verir ki, tərəflər görüşdən sonra mətbuata açıqlamalar veriblər.

Görüşün əsas mövzusu Rusiya-Ukrayna müharibəsi olub. Donald Tramp bildirib ki, ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərində istifadə olunan PAC-2 və PAC-3 raketlərinin istehsalı üçün lisenziya verəcək.

Tramp vurğulayıb ki, məqsəd insanların həyatını xilas etməkdir. O, Ukraynanın böyük potensiala malik ölkə olduğunu qeyd edərək, müharibənin heç vaxt başlamamalı olduğunu və çoxsaylı insan itkisinə səbəb olduğunu deyib. ABŞ prezidenti həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibəyə son qoymaq istədiyini bildirib.

Zelenski isə ABŞ-ın dəstəyinə görə təşəkkür edərək, görüşdə aparılan müzakirələri dəyərli adlandırıb. Onun sözlərinə görə, əldə olunan razılaşmaların təfərrüatları daha sonra açıqlanacaq.

Ukrayna prezidenti qeyd edib ki, əsas məqsəd ölkədə ədalətli və davamlı sülhə nail olmaq, müharibəni danışıqlar yolu ilə başa çatdırmaqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ