Ankarada iki gün davam edən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı başa çatıb.
Turkustan.az xəbər verir ki, sammitdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan mətbuat qarşısında çıxış edərək zirvənin nəticələrini dəyərləndirib.
Ərdoğan bildirib ki, 22 ildən sonra ilk dəfə Türkiyədə və ilk dəfə Ankarada keçirilən NATO Zirvəsi uğurla yekunlaşıb. Onun sözlərinə görə, Avro-Atlantik təhlükəsizliyinin sınaqdan keçdiyi bir dövrdə keçirilən sammit ortaq gələcəyin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident qeyd edib ki, Ankarada daha güclü NATO-nun təməli qoyulub, Avropa müttəfiqlərinin ittifaq daxilində daha çox məsuliyyət daşıması və hərbi imkanların ədalətli yük bölgüsü əsasında gücləndirilməsi istiqamətində razılıq əldə olunub.
Ərdoğan vurğulayıb ki, Türkiyə uzun illər bölgəsindəki böhran və münaqişələrin yaratdığı təhlükələrlə üzləşib, lakin buna baxmayaraq müdafiə xərcləri, hərbi imkanları və müdafiə sənayesi baxımından bir çox müttəfiqindən daha güclü mövqeyə yüksəlib.
Türkiyə lideri əlavə edib ki, sammitdə ötən il Haaqada götürülən öhdəliklərin icrası nəzərdən keçirilib və NATO daxilində əldə olunan irəliləyişlər müzakirə olunub.
Aytən Yaşar/ Turkustan.az