Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində iştirakçı liderlər və onların həyat yoldaşlarının şərəfinə rəsmi şam yeməyi təşkil ediblər.
Turkustan.az xəbər verir ki, proqramdan sonra ABŞ Prezidenti Donald Tramp tədbirlə bağlı müsbət fikirlər səsləndirib. O, Ərdoğanla keçirilən şam yeməyini yüksək qiymətləndirərək, "Həqiqətən də 10 baldan 10, hətta 12 bala layiq idi. Hər şey mükəmməl idi. Xüsusilə Türkiyə ilə ticarət məsələləri üzrə çox məhsuldar görüşlər keçirdik", - deyə, bildirib.
Trampın təriflədiyi menyuda Türkiyə mətbəxinə aid müxtəlif təamlar yer alıb. Qonaqlara daş sobada bişirilmiş çörək, Trabzon yağı və Hizan balı təqdim edilib.
Qəlyanaltı olaraq qızardılmış Dənizli qatığı və hisə verilmiş Ayas pomidor pastası ilə hazırlanan köftələr süfrəyə verilib.
Əsas yemək isə yavaş bişirilmiş mal əti qabırğası, karamelizə edilmiş Trabzon yağı ilə qızardılmış badımcan və morel göbələyi ilə hazırlanan bulqur plovundan ibarət olub.

Aytən Yaşar/ Turkustan.az