Meloni Trampa belə naz etdi - Gərginlik sonrası görüş - VİDEO


NATO-nun Ankara sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Ciorciya Meloni arasındakı salamlaşma anları sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

Turkustan.az xəbər verir ki, iki liderin kameralara düşən qısa dialoqu və bədən dili beynəlxalq medianın diqqətindən yayınmayıb. Salamlaşma zamanı İtaliya Baş nazirinin hərəkətlərində müəyyən narahatlıq və soyuqluq hiss olunub. O, əl görüşmək istəyən Trampa sanki naz edib, gözlərini süzdürüb...

Qeyd edək ki, son həftələrdə iki lider arasında münasibətlərdə ciddi gərginlik yaşanır. Belə ki, Fransada keçirilən G7 sammitindən sonra Tramp Meloninin onunla şəkil çəkdirmək üçün yalvardığını, özünün isə sadəcə "yazığı gəldiyi üçün" buna razı olduğunu açıqlayıb. İtaliya Baş naziri isə bu açıqlamanı kəskin şəkildə təkzib edərək "Nə mən, nə də İtaliya heç vaxt yalvarmayacaq" sözləri ilə hekayənin tamamilə uydurma olduğunu bildirib. Bu şəxsi qarşıdurma tərəflərin diplomatik münasibətlərinə də təsir edib, hətta İtaliya xarici işlər nazirinin ABŞ-a planlaşdırılan rəsmi səfərinin ləğv edilməsinə gətirib çıxarıb.

Sammit ərəfəsində isə Tramp özünün "Truth Social" platformasında Meloninin G7-də ona baxdığı bir fotonu paylaşaraq "Yaxınlaşma qadağası (məhkəmə qərarı) lazımdır" yazaraq gərginliyi daha da alovlandırıb. Ankaraya çatdıqdan sonra mətbuatın suallarını cavablandıran ABŞ lideri bədən dilindəki soyuqluğun digər bir səbəbini də bir növ ifşa edib. Tramp İtaliya, Fransa və Almaniyanın ABŞ-İran münaqişəsində (xüsusilə Hörmüz boğazı böhranında) Vaşinqtona dəstək vermədiyini bildirərək, "Meloni əslində yaxşı insandır, amma bizə kömək etməkdən imtina etdiyi üçün münasibətlərimiz bir az pisləşdi.

O, səhv etdi və mən bundan məmnun deyiləm" deyərək gərginliyin həm də geosiyasi xarakter daşıdığını nümayiş etdirib. İtaliya hökuməti isə bu hücumları "əsassız və şəxsi" adlandıraraq rəsmən cavab verməməyi və sammit boyu soyuqqanlı bədən dilini qorumağı üstün tutub. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ