Kriştianu Ronaldo Xorvatiyaya qarşı keçirilən oyunda penaltini yerinə yetirərkən dua edib.
Turkustan.az xəbər verir ki, onun hansı dildə dua etdiyi müzakirə mövzusu olub.
İddialara görə, təcrübəli hücumçu qarşılaşmanın 68-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini yerinə yetirməzdən əvvəl "Bismillah" ifadəsini səsləndirib. pizza
Bu görüntülər və iddialar qısa zamanda sosial media platformalarında yayılıb. Azarkeşlərin böyük hissəsi hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinən Kriştianu Ronaldonun bu davranışını müsbət qarşılayaraq ona dəstək ifadə edən rəylər paylaşıb.
/"Yeni Sabah"