Argentina Misiri məğlub etdi


DÇ-2026-nın 1/8 final mərhələsində Argentina - Misir milliləri qarşılaşır.

Turkustan.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da matç start götürüb.

***

Matçın 16-cı dəqiqəsində Misirin oyunçusu Yasser İbrahim hesabı açıb: 0 - 1

***

Lionel Messi Misir millisinin qapısına penalti zərbəsini yerinə yetirə bilməyib.

***

Misir millisinin ikinci qolu hesaba alınmayıb.

***

Mustafa Ziko 67-ci dəqiqədə komandasının ikinci qolunu Argentinanın qapısından keçirib: 0 - 2

***

Argentina millisinin oyunçusu K.Romero 79-cu dəqiqədə fərqi azaltmağı bacarıb: 1 - 2.

***

Messi 84-cü dəqiqədə komandasına növbəti qolu qazandırıb və hesabı bərabərləşdirib: 2 - 2

***

90+2 dəqiqədə Fernandes Argentinanı irəli çıxardı: 3 - 2

***

Argentina Misir millisini 3 - 2 hesabı ilə məğlub etdi. /axar.az/


MANŞET XƏBƏRLƏRİ