Bu gecə İrana daha güclü zərbələr endirə bilərik - Heqset


ABŞ-nin müdafiə naziri Pit Heqset ötən gecə İrana qarşı həyata keçirilən hücumların hədəflərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr zamanı kiçik gəmiləri (Vaşinqtonun iddia etdiyi kimi, gəmiçiliyi təhdid etmək üçün istifadə olunurdu), eləcə də yeraltı dron və raket saxlama obyektlərini, sahil müdafiə qurğularını, radar və müşahidə məntəqələrini hədəf alınıb.

"Bu gecə, zərurət yaranarsa, Prezidentin əmri ilə daha da güclü və dərin təsirli zərbələr endirəcəyik, çünki yanaşmamız bundan ibarətdir", deyə Heqset bildirib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ