Makron niyə günəş eynəyi taxır? Rəsmi açıqlama gəldi


Fransa Prezidenti Emmanuel Makronun son vaxtlar günəş eynəyi ilə ictimaiyyət qarşısına çıxması onun sağlamlıq durumu ilə bağlı müzakirələrə səbəb olub.

Turkustan.az xəbər verir ki, yanvarın 15-də Yelisey Sarayı prezidentin sağ gözündə yaranan qızartının subkonyunktival qanaxma – yəni gözdə kiçik kapilyarın partlaması nəticəsində meydana gəldiyini və bunun sağlamlıq üçün təhlükə yaratmadığını açıqlayıb.

Makron həmin gün Fransanın cənubundakı İstres hərbi hava bazasında Silahlı Qüvvələrin şəxsi heyəti qarşısında çıxışı zamanı da bu məsələyə toxunub. O, gözündəki qızartının narahatlıq doğurmadığını bildirərək, zarafatla bunu "Pələngin gözü" ifadəsi ilə əlaqələndirib və "qətiyyət əlaməti" kimi qiymətləndirib.

Mütəxəssislərin sözlərinə görə, subkonyunktival qanaxma gözün ağ hissəsində yerləşən kiçik qan damarının partlaması nəticəsində yaranır. Bu hal adətən görmə qabiliyyətinə təsir etmir və əksər hallarda heç bir müalicəyə ehtiyac olmadan bir neçə həftə ərzində öz-özünə sağalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ