ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşünün yekununda keçirilən mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Turkustan.az xəbər verir ki, çıxışına Türkiyənin ev sahibliyini yüksək qiymətləndirməklə başlayan Tramp, "Ərdoğan çox güclü liderdir. Burada gördüyümüz hər şey çox yaxşı idi. Təşəkkür edirəm, Ərdoğan", - deyə bildirib.
Mətbuat konfransında Trampa son günlər səsləndirilən sui-qəsd iddiaları və yeni "Air Force One" təyyarəsi ilə niyə ABŞ-a qayıtmayacağı barədə də suallar ünvanlanıb.
ABŞ prezidenti cavabında təhlükəsizlik məsələlərinə diqqət çəkərək, "Prezidentin həyatı çox təhlükəlidir. Təyyarə Avropadakı əsas bazalardan birinə gedəcək", - ifadələrini işlədib.
Aytən Yaşar/ Turkustan.az