ABŞ-ın İrana zərbələri nəticəsində 8 hərbçi həlak oldu


ABŞ-ın İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində İran Ordusunun Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin səkkiz hərbçisi həlak olub.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, itkilər Buşehr və Bəndər Abbas şəhərlərinə edilən hücumlar zamanı qeydə alınıb.

Bildirilib ki, ABŞ gecə saatlarında Hörmüz boğazı yaxınlığındakı Sirik və Bəndər Abbas şəhərləri, eləcə də Hörmüzqan əyalətində yerləşən Mahşəhr, Bəndərmam və Hamidiyyə yaşayış məntəqələrinə zərbələr endirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyat zamanı İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarında istifadə olunduğu bildirilən 80-dən çox hərbi hədəfin vurulduğunu açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ-ın hücumlarına cavab olaraq Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektin raket və pilotsuz uçuş aparatları ilə hədəfə alındığını bəyan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ