DÇ-2026: Mərakeş 1/4 finalda


Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.

Turkustan.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.

Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq. /modern.az/


MANŞET XƏBƏRLƏRİ