Rusiyaya gedən azərbaycanlıların NƏZƏRİNƏ


Sentyabr ayından Rusiyada bir sıra yeni qanunlar qüvvəyə minəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Xüsusilə, 3 aydan artıq müddətə Rusiyaya gələn əcnəbilər üçün məcburi tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endiriləcək.

Həmçinin, şəhərdaxili və şəhərətrafı ictimai nəqliyyat dayanacaqlarında veype, siqaret və digər nikotin tərkibli məhsulların satışı qadağan ediləcək. Eyni zamanda, dərman vasitələrinin səyyar aptek məntəqələri vasitəsilə satılmasına icazə veriləcək.

Bundan əlavə, bələdiyyədə yeganə dövlət tibb müəssisələrinin (onkologiya, yoluxucu xəstəliklər və cərrahiyyə kimi sahələr üzrə) konsessiyaya verilməsi məhdudlaşdırılacaq.

Həmçinin, hərbi münaqişələr, onların iştirakçıları və qurbanları ilə bağlı mədəni irs obyektlərinin bərpası və təmiri sadələşdirilmiş prosedur əsasında həyata keçirilə biləcək. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ