Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərin əhəmiyyəti – ŞƏRHLƏR


2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Elan olunan növbədənkənar prezident seçkilərinin səbəbi nədir?

Bu mövzu haqqında ekspertlər Turkustan.az-ın suallarını cavablandırıblar.

Siyasi şərhşi Əziz Əlibəylinin fikirncə “baş tutacaq növbədənkənar seçkilər regional və qlobal tələblərdən irəli gəlir. 2025-ci ilin gərgin gündəliyi və təvqimi qlobal toqquşmaların artacağına işarədir. Açığı hesab edirəm ki, Rusiyanın savaşının da buna bir təsiri var. Qafqazda 2024-cü ilin qarşıdurmalarla keçəcəyini istisna etmək olmaz. Ermənistan-Rusiya cəhbəsi və Qərbin Azərbacyanı ittiham etməsi, qaralama mövqeyi və bir az da Avropa İttifaqı, ABŞ seçkiləri, artan erməni maliyyə təyziqləri fonunda belə bir qərarın verilməsi normaldır. Həm də ki, coğrafi və fiziki baxımından tarix qarşısında ilk dəfədir suverenlik bərpa olundu və bu baxımdan da bu seçki əlamətdar seçki olacaq”.

Sosial Tədqiqatlar Mərkəzinə yeni mətbuat xidməti rəhbəri təyin edildi –  Yeni Çağ Media(Əziz Əlibəyli)

Ekspert Tural İsmayılov isə bildirir ki, “Azərbaycan artıq qalib tərəf kimi regionda yeni şərtləri diktə edən tərəfdir. Əlbəttə ki, qalib diktəsi yaradan Azərbaycan artıq növbədənkənar prezident seçkilərinə də qalib tərəf kimi gedir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra növbədənkənar prezident seçkilərinə gedilir.

Tural İsmayılov: (Tural İsmayılov)

Politoloq bilidirir ki, Cənab Prezident İlham Əliyev 2018-ci il seçkilərində də özünün qarşısında duran əsas hədəfləri elan etmişdir. Prezident seçildikdən sonra, çox həsas və gərgin 2020-ci il dövründə, qlobal pandemiyanın dünyanı cənginə aldığı bir vaxtda məhz Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Daha sonra isə, 2023-cü ildə Azərbaycan lokal antiterror tədbirləri ilə suverenliyini təmin etdi və bundan sonra artıq həm ölkədə yeni reallıqlar yaranıb, həm də ölkənin regionda yeni reallıqların formalaşmasında rolu artıb.Müstəqil Azərbaycan tarixində seçkilərin bütün ölkə ərazisində keçiriləcəyini nəzərə almaq lazmıdr. Bu seçkilər həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti deməkdir. Artıq torpaqları işğalda olmayan ölkədə prezident seçkiləri keçirilir. Amma dediyim kimi artıq bu qələbədən sonra yeni reallıqlar formalaşıbdır və eyni zamanda bu reallıqların fonunda Azərbaycanın baxışı və idarə etmə modeli ilə bağlı islahatlar həyata keçirilir. Dövlətimizin böyük hədəfləri var. Bu kontekstdə növbədənkənar Prezident seçkilərinin tarixi əhəmiyyəti olacaq”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ