Ər-Riyadda həyəcan: Hava limanı yaxınlığında güclü yanğın


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında yanğın baş verib. Hadisə yerindən güclü tüstünün qalxdığı bildirilib.

Turkustan.az xəbər verir ki, şahidlərin sözlərinə görə, yanğın hava limanının yaxınlığındakı ərazidə baş verib. Hadisənin səbəbi hələlik məlum deyil.

Səudiyyə Ərəbistanı hakimiyyəti yanğın və onun səbəbləri ilə bağlı indiyədək rəsmi açıqlama verməyib.

Hadisə Yəməndə İranın dəstəklədiyi Husi qruplaşmasının Səudiyyə Ərəbistanını Sənaya pilotsuz uçuş aparatları göndərməkdə ittiham etməsindən və qisas alacağı ilə bağlı təhdidlərindən sonra baş verib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin cənubundakı bir neçə ərazidə mümkün hücum təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ