Hunter Bayden: “Netanyahu 7 oktyabr hücumundan əvvəlcədən xəbərdar idi”


ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden İsrailin Baş naziri Benyamin Netanyahunun 2023-cü il 7 oktyabr tarixində HƏMAS tərəfindən həyata keçirilən hücumdan əvvəlcədən xəbərdar olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, Hunter Bayden bu barədə Britaniyanın LBC radiostansiyasına müsahibəsində danışıb.

O, İsrailin hücuma bilərəkdən imkan verdiyini və bununla Təl-Əvivin başqa şəraitdə dəstək ala bilməyəcəyi bir planı həyata keçirməyə çalışdığını iddia edib. Lakin Bayden sözügedən planın nədən ibarət olduğunu açıqlamayıb.

Qəzzada baş verənləri “soyqırım” adlandıran Hunter Bayden deyib ki, orada yaşananlar və hazırda davam edən hadisələr bu anlayışı xatırladır. O, bunun “çox güclü söz” olduğunu etiraf etsə də, Netanyahunun niyyətlərini təsvir etmək üçün uyğun ifadə olduğunu bildirib.

Hunter Bayden, həmçinin ABŞ Prezidenti Donald Trampı tənqid edərək, onu “bütün dünya üçün mövcudluq təhlükəsi” hesab etdiyini söyləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ