İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeynivənd ABŞ və İran arasında diplomatik proseslə bağlı Pakistanın vasitəçilik səylərinin davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Zeynivənd Tehranda keçirdiyi mətbuat konfransında Pakistanın daxili işlər naziri Möhsün Nəqvinin Tehrana səfəri ilə bağlı sualı cavablandırıb.
O, Pakistanın vasitəçilik rolunun və diplomatik təşəbbüslərinin davam etdiyini qeyd edib.
“Problemlərin həlli və İslamabad Anlaşma Memorandumuna qayıtmaq üçün beynəlxalq diplomatik səylər və vasitəçilik hələ də davam edir”, - deyə Zeynivənd bildirib.
İran rəsmisi iyunun 17-də Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında imzalanan, lakin hələ də həyata keçirilməyən razılaşmaya da toxunub.
“Bir çox ölkə bu məsələni həll etmək və tərəfləri yenidən anlaşmaya gətirmək üçün səy göstərir”, - deyə Zeynivənd vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az