Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidenti Donald Trampın mərhum senator Lindsi Qrehemin təşəbbüsü ilə hazırlanan Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu imzalamasını “tarixi gün” adlandırıb.
Turkustan.az xəbər verir ki, Sibiqa bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Ukraynalı nazir bildirib ki, yeni qanunun imzalanması ilə Rusiyaya təzyiq daha da artacaq və Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya beynəlxalq dəstəyi zəiflətmək ümidləri özünü doğrultmayacaq.
Sibiqanın sözlərinə görə, Trampın “Lindsey O. Graham Rusiya və İran Sanksiyaları Qanunu”nu imzalaması Rusiyaya və onun Ukraynaya qarşı müharibəsini dəstəkləyən tərəflərə təzyiqi gücləndirəcək.
O qeyd edib ki, qanun Rusiyanı daha da təcrid etməyə və müharibənin maliyyələşdirilməsinə imkan verən resursları azaltmağa yönəlib.
Sibiqa qanunun Konqresin hər iki palatasında güclü ikipartiyalı dəstəklə qəbul edildiyini vurğulayaraq, bunun “təcavüzkarın yüksək qiymət ödəyəcəyinə” dair açıq mesaj olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az