İranın xarici işlər naziri Abbas Əraqçi Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Mahsa Emini ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, Barrotun məcburi hicab qaydasını pozduğu iddiası ilə saxlanıldıqdan sonra polis nəzarətində vəfat edən Mahsa Emini ilə bağlı paylaşımına cavab verən Əraqçi Fransanın siyasətini tənqid edib.
Əraqçi Barrotun açıqlamasına istinad edərək “Timsah göz yaşlarını dayandır, Barrot. ABŞ məktəblilərimizi öldürərkən sənin susqunluğun hər şeyi dedi” deyə bildirib.
İranlı nazir, həmçinin Fransanın Əlcəzairdəki müstəmləkə siyasətinə toxunaraq deyib: “Fransa müstəqillik uğrunda mübarizə aparan 1,5 milyon əlcəzairlini qətlə yetirib. Paris rəsmi olaraq onların ən azı onda birini qeydiyyata alıb, lakin müstəmləkə cinayətlərinə görə üzr istəməkdən yayınır”.
Aytən Yaşar/ Turkustan.az