Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-nin Virciniya ştatında yaşayan diaspor fəalı Zaur Bayramlı ilə görüşüb.
Qonağı səmimi salamlayan komitə sədri xaricdəki Azərbaycan icmalarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini yüksək qiymətləndirərək, diaspor fəallarının yaşadıqları ölkələrdə həyata keçirdikləri təşəbbüslərin əhəmiyyətindən bəhs edib.
Səmimi qəbula görə təşəkkür edən Zaur Bayramlı ABŞ-də, xüsusilə Virciniya ştatında yaşayan azərbaycanlıların təşkilatlanması, yerli ictimai-siyasi dairələrlə əlaqələrin inkişafı, ölkəmizin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışıb.
Görüşdə, həmçinin ABŞ-dəki Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi, milli maraqların müdafiəsi və soydaşlarımızın birliyinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.