Tramp: Danimarka ilə razılığa gəldik


ABŞ Prezidenti Donald Tramp Danimarka Krallığı və Qrenlandiya ilə razılaşma əldə edildiyini açıqlayaraq, ABŞ-ın adada təhlükəsizlik və digər ehtiyaclar üzərində uzunmüddətli nəzarət imkanı qazandığını bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.

“ABŞ-ın Qrenlandiya ilə bağlı bütün narahatlıqlarını həll edən bir razılaşma əldə etdiyimiz üçün məmnunam. Saziş ABŞ-a Qrenlandiyada təhlükəsizlik və bütün digər ehtiyaclar üzərində uzunmüddətli nəzarət imkanı verir. Bu, ABŞ-a heç nəyə başa gəlməyəcək”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti Danimarka və Qrenlandiya nümayəndələri ilə aparılan danışıqlar nəticəsində ABŞ-ın adada geniş səlahiyyətlər əldə etdiyini iddia edib.

Trampın sözlərinə görə, razılaşma ABŞ-a Qrenlandiyanın və ABŞ-ın təhlükəsizliyini təmin etmək və müdafiə etmək üçün adada “lazım olan hər şeyi əbədi olaraq etmək” imkanı verir.

O, həmçinin bildirib ki, bundan sonra heç bir ABŞ əleyhinə ölkə Vaşinqtonun yazılı razılığı olmadan Qrenlandiyada hərbi baza yarada, hərbi mövcudluğunu qoruya və ya həssas investisiyalar həyata keçirə bilməyəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ