DİQQƏT! D vitamini çatışmazlığı əməliyyatdan sonra ağrıları artırır


Yeni beynəlxalq araşdırma D vitamini çatışmazlığının əməliyyatdan sonra daha güclü ağrı və bəzi yan təsirlərlə əlaqəli ola biləcəyini göstərib.

Turkustan.az xəbər verir ki, araşdırmada döş xərçəngi əməliyyatı keçirən 184 qadının əməliyyat və sağalma prosesi izlənilib.

Təhlillər zamanı D vitamini səviyyəsi aşağı olan şəxslərin əməliyyatdan sonrakı ilk 24 saat ərzində kifayət qədər D vitamini olanlarla müqayisədə orta və şiddətli ağrı yaşamaq ehtimalının üç dəfə çox olduğu müəyyən edilib.

Araşdırmaya görə, D vitamini çatışmazlığı olan xəstələr ağrının azaldılması üçün fentanil və tramadol kimi opioid ağrıkəsicilərdən daha yüksək dozada istifadə ediblər. Bu dərmanların asılılıq və ürəkbulanma kimi yan təsirləri ola bilər.

Həmçinin həmin qrupda əməliyyatdan sonra ürəkbulanma hallarının daha çox müşahidə edildiyi bildirilib.

Tədqiqatçılar nəticələrin D vitamini səviyyəsinin əməliyyatdan əvvəl qiymətləndirilməsinin sağalma prosesinin idarə olunmasında faydalı ola biləcəyinə işarə etdiyini qeyd ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ