Türkiyə XİN Pakistandakı terror aktını pislədi


Tükiyə Xarici İşlər Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətinin Kohat şəhərində cümə namazı zamanı baş verən terror aktını pisləyib.

Turkustan.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında yayılan bəyanatda bildirilib.

“Pakistanın Xayber Paxtunxva əyalətinin Kohat şəhərində məscidin yaxınlığında cümə namazı zamanı baş verən terror aktını qınayırıq. Bu dəhşətli terror aktında həyatını itirənlərin ailələrinə və Pakistan xalqına başsağlığı veririk”, - deyə bəyanatda qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ