Hakan Fidan sabah Azərbaycana gəlir


Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Axşam” qəzeti məlumat yayıb.

Türkiyənin XİN başçısının səfəri 15-16 sentyabr tarixlərində nəzərdə tutulub.

Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi planlaşdırılır.

Eyni zamanda, Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla, habelə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək./APA


MANŞET XƏBƏRLƏRİ