İran müharibəsində ABŞ-ı sarsıdan iddia: Əsl rəqəm gizlədilib?


ABŞ-ın “Vaşinqton Post” qəzeti İrana qarşı müharibə zamanı Pentaqonun açıqladığından daha çox ABŞ hərbçisinin öldüyünü iddia edib.

Turkustan.az xəbər verir ki,ABŞ müdafiə naziri Pit Heqset isə bu iddianı qəti şəkildə təkzib edib.

Qəzet məsələ ilə tanış olan altı ABŞ mənbəsinə istinadən yazıb ki, ABŞ ordusu İranla toqquşmalar zamanı Yaxın Şərqdəki müxtəlif bazalarda yerləşən ən azı 22 hərbçisini itirib.

Bildirilib ki, bu rəqəm Pentaqonun açıqladığı 18 ölüm halından daha çoxdur. Bəzi ABŞ rəsmilərinin real itkilərlə bağlı məlumatların ictimaiyyətə açıqlanmamasından narazılıq ifadə etdiyi qeyd olunub.

Mənbələrdən biri bildirib ki, ictimaiyyətə açıqlanmayan bütün ölüm hallarının birbaşa münaqişə ilə əlaqəli olması şərt deyil. Bununla belə, sözügedən şəxslərin münaqişə zamanı Yaxın Şərqdə xidmət edən ABŞ hərbçiləri olduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ