ABŞ və Litva kritik minerallar üzrə saziş imzaladı


ABŞ Dövlət katibi Marko Rubio və Litvanın xarici işlər naziri Kestutis Budris kritik minerallar üzrə əməkdaşlığı nəzərdə tutan çərçivə sazişi imzalayıblar.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Rubio və Budris Vaşinqtonda görüşərək ABŞ-Litva arasında siyasi və təhlükəsizlik əməkdaşlığının inkişafını müzakirə ediblər.

Sentyabrın 17-də keçirilən görüş zamanı tərəflər qabaqcıl texnologiyalar və müdafiə sahələrində əməkdaşlığı gücləndirməyi, eləcə də kritik minerallar üzrə təchizat zəncirlərini inkişaf etdirməyi nəzərdə tutan ABŞ-Litva Çərçivə Sazişini imzalayıblar.

Rubio sazişi “çox müsbət bir inkişaf” kimi qiymətləndirib. O bildirib ki, ABŞ və Litva prioritet layihələri birgə müəyyənləşdirəcək, hökumət və özəl sektor isə altı ay ərzində həmin layihələrin maliyyələşdirilməsi istiqamətində tədbirlər görəcək.

Budris isə Litva hökuməti üçün təhlükəsizlikdən sonra ikinci prioritetin iqtisadi məsələlərin həlli olduğunu qeyd edib. O, etibarlı təchizat zəncirlərinin yaradılması baxımından ABŞ-la strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin Kubadakı vəziyyət, müdafiə xərcləri və digər ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ