Tramp-Netanyahu görüşü sual altında: Diqqətlər BMT-yə yönəldi


ABŞ Prezidenti Donald Trampın sıx qrafiki səbəbindən İsrailin Baş naziri Benyamin Netanyahu ilə BMT Baş Assambleyası çərçivəsində görüşünün baş tutmaya biləcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ rəsmisinin sözlərinə görə, Netanyahu gələn həftə Nyu-Yorkda keçiriləcək 81-ci BMT Baş Assambleyası çərçivəsində Trampla görüşməsi planlaşdırılan liderlər arasında deyil.

ABŞ rəsmisi Tramp və Netanyahu arasında ikitərəfli görüşün təşkil edilməsinin hazırkı qrafikə görə mümkün görünmədiyini bildirib. Qeyd edilib ki, Tramp Böyük Britaniya, Meksika və Yaponiya liderləri ilə görüşdükdən sonra çərşənbə axşamı Çin Prezidenti Si Cinpinlə görüşmək üçün Vaşinqtona qayıdacaq.

Məlumata görə, BMT Baş Assambleyasında cümə axşamı çıxış etməsi planlaşdırılan Netanyahu Nyu-Yorkda cəmi bir gün qalacaq.

İsrail Baş Nazirinin Ofisi isə “The Times of Israel” qəzetinə bildirib ki, Netanyahunun ABŞ səfərinin yekun qrafiki hələ müəyyənləşdirilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ