ABŞ Prezidenti Donald Tramp mərhum senator Lindsi Qrehemin təşəbbüsü ilə hazırlanan Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb.
Turkustan.az xəbər verir ki, Ağ Evin məlumatına görə, qanun Rusiyaya qarşı sanksiyaları genişləndirir və prezidentə əlavə tariflər tətbiq etmək səlahiyyəti verir.
Yeni qanun Trampa Rusiya neft və qazının əsas alıcıları sırasında olan ölkələrdən ABŞ-a idxal edilən mallara 100 faizə qədər tarif tətbiq etmək imkanı verir. Qanunun əsas hədəfləri arasında Çin və Hindistan da var.
Sənəd, həmçinin Rusiya rəsmiləri və oliqarxları, banklar, enerji və müdafiə şirkətləri, eləcə də sanksiyalardan yayınmaq üçün istifadə edilən “kölgə donanması”na qarşı yeni məhdudiyyətlər nəzərdə tutur.
Qanunda müəyyən istisnalar da yer alır. Belə ki, son 12 ay ərzində Rusiya qazı idxalı Rusiyanın ümumi qaz ixracının 15 faizindən azını təşkil edən və Rusiyadan enerji alışını azaltmaq istiqamətində əhəmiyyətli addımlar atan ölkələr bu məhdudiyyətlərdən azad edilə bilər.
Aytən Yaşar/ Turkustan.az