Pentaqondan şok UNO arxivləri: Sirli görüntülər üzə çıxdı


UFO sensasiyası: Saatda 800 km sürətlə hərəkət edən obyektin görüntüləri yayımlandı

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Qeyri-müəyyən Uçan Obyektlər (QUOB / UNO) ilə bağlı arxiv məlumatlarının 6-cı paketini ictimaiyyətə açıqlayıb.

Açıqlanan yeni sənədlər toplusunda saatda 800 kilometrdən çox sürətlə hərəkət edən naməlum uçan obyektin görüntüləri yer alıb. Materiallara əlavə edilən izahlı qeyddə sözügedən videoqeydin 2024-cü ildə lentə alındığı vurğulanır.

Mütəxəssislər yüksək sürətlə manevr edən obyektin mənşəyini və hansı texnologiyaya aid olduğunu müəyyənləşdirmək istiqamətində tədqiqatları sürdürürlər. Pentaqon analoji naməlum anomaliyaları araşdırmağa və arxiv materiallarını mərhələli şəkildə təqdim etməyə davam edir./Musavat.com


MANŞET XƏBƏRLƏRİ