Lüksemburq hava limanı fəaliyyətini dayandırdı


Lüksemburq hava limanında pilotsuz uçuş aparatlarının aşkarlanması səbəbindən dayandırılan uçuşlar şənbə günü bərpa edilib.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hava limanının administrasiyası bildirib ki, cümə günü uçuşların dayandırılması sərnişinlərin, ekipaj üzvlərinin, hava limanı əməkdaşlarının və təyyarələrin təhlükəsizliyini təmin etmək məqsədilə görülən ehtiyat tədbiri olub.

Administrasiya hava limanı yaxınlığında və üzərində aşkarlanan “icazəsiz pilotsuz uçuş sistemləri”nin mənşəyi və onları idarə edən şəxslərlə bağlı məlumat verməyib.

Uçuşların bərpa olunmasına baxmayaraq, aviaşirkətlər və hava limanı tərəfdaşları normal fəaliyyətə qayıtmaq üçün çalışdığından bəzi gecikmələrin və cədvəl dəyişikliklərinin yaşana biləcəyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ