Ukrayna prezidenti Volodimir Zelenski ölkənin maliyyələşdirilməsində ciddi çatışmazlıq yarandığını bildirib.
Turkustan.az-ın xəbərinə görə, Zelenski bu barədə “Karpat səkkizliyi” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, hətta dronların qarşısını alan vasitələrin istehsalının genişləndirilməsi üçün belə kifayət qədər vəsait yoxdur.
Onun sözlərinə görə, maliyyə problemini Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə də müzakirə edib. Zelenski bildirib ki, çatışmazlığın aradan qaldırılması ilə bağlı müəyyən təkliflər hazırlanır və bunun üçün artıq bəzi razılaşmalar əldə olunub.
Ukrayna prezidenti həmçinin bildirib ki, iki yerli şirkətin sürətli dron-ələkeçiriciləri döyüş şəraitində uğurla sınaqdan keçirilib. Bu dronlar Rusiya istehsalı reaktiv “Şahed”ləri məhv etməyə nail olub./Globalinfo.az