Onlayn media müsabiqəsinin nəticələri AÇIQLANDI - SİYAHI


Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən Onlayn Mediaya Dəstək Müsabiqəsinin nəticələri elan olunub.

Turkustan.az xəbər verir ki, bu barədə MEDİA-dan məlumat verilib.

İctimai-siyasi məzmunlu media orqanları arasında qalib olan saytlar sırasında axar.az, anews.az, avtosfer.az, azxeber.com, azpolitika.info, bakivaxti.az, bakupost.az, bizim.media, bizimyol.info, cebheinfo.az, day.az, demokrat.az, globalinfo.az, gununsesi.info, iqtisadiyyat.az, konkret.az, qafqazinfo.az, qaynarinfo.az, lent.az, manset.az, medianews.az, metbuat.az, minval.az, moderator.az, modern.az, news.az, oxu24.com, pravda.az, redaktor.az, sfera.az, sia.az, sonxeber.az, yenisabah.az və 1news.az yer alıb.

İdman məzmunlu media subyektləri üzrə isə azerisport.com, futbolinfo.az, futbolpress.az, qol.az və sportinfo.az müsabiqənin qalibləri sırasında olub.

Medianın İnkişafı Agentliyi bildirir ki, müsabiqənin keçirilməsində əsas məqsəd peşəkar, keyfiyyətli və dayanıqlı onlayn medianın inkişafına dəstək göstərmək, informasiya mühitinin gücləndirilməsidir.


MANŞET XƏBƏRLƏRİ