Balaəli: Yaponiya, Koreya, Çin hamısı Kitaydı - Video


Meyxanaçı Balaəli "Zarafat bir yana" verilişindəki açıqlaması ilə müzakirələrə səbəb olub.

Turkustan.az Axşam.az-a istinadla xəbər verir ki, meyxanaçı geyim brendi yaratmaq istədiyini deyib. O bildirib ki, bunun üçün Çinə getməyi planlaşdırır. Balaəli Çinin başqa, "Kitay"ın başqa ölkə olduğunu deyərək, gündəmə gəlib:

"Kitayda fabrikə gedəcəyəm, orada istehsal ediləcək. Çin ayrıdı, Kitay ayrı. Yaponiya, Koreya, Çin hamısı Kitaydı. Xəritəyə baxın".

Daha sonra brendləri müqayisə edən meyxanaçı "Gucci" aşağısəviyyəli brenddir, hamı onu ala bilər" sözləri ilə studiyadakıları güldürüb.


MANŞET XƏBƏRLƏRİ