İtaliyanın Baş naziri Giorgia Meloni cümə günü Romada ABŞ dövlət katibi Marco Rubio ilə görüşüb.
Turkustan.az xəbər verir ki, görüş ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə İtaliya hökuməti arasında münasibətlərdə gərginlik fonunda baş tutub. Gərginliyin əsas səbəblərindən biri kimi İranla bağlı münaqişə göstərilir.
Məlumata əsasən, Meloni əvvəllər Trampın Avropadakı ən sadiq tərəfdarlarından biri kimi tanınsa da, son aylarda İran müharibəsi ilə bağlı mövqelər və İtaliya ictimaiyyətində artan narazılıq səbəbindən Vaşinqtonla münasibətlərdə müəyyən gərginlik yaranıb.
Meloni və Rubio görüşdə Fars körfəzindəki vəziyyəti, Rusiyanın Ukraynaya qarşı müharibəsini, ABŞ-ın Avropa mallarına tətbiq etdiyi tarifləri, eləcə də ABŞ-ın diplomatik və iqtisadi təzyiq göstərdiyi Kuba məsələsini müzakirə ediblər.
Aytən Yaşar/ Turkustan.az