İrandakı qızlar məktəbinə hücumla bağlı Trampdan AÇIQLAMA – VİDEO


ABŞ Prezidenti Donald Tramp İranın Minab şəhərindəki məktəbə hücumla bağlı bütün həqiqəti ictimaiyyətə açıqlayacağını bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ lideri jurnalistlərə açıqlamasında bu barədə danışıb.

“Bu məsələ hazırda araşdırılır və hesabatı alan kimi onu sizə təqdim edəcəyik”, - deyə Tramp bildirib.

Xatırladaq ki, fevralın 28-də İranın Minab şəhərində yerləşən Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinə raketlə zərbə endirilib. Nəticədə 170-ə yaxın şagird həyatını itirib.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ