ABŞ prezidenti Donald Trump bildirib ki, ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə başladılan “Azadlıq Əməliyyatı”nın yenidən bərpasına ehtiyac görmür və Vaşinqtonun alternativ variantları mövcuddur.
Turkustan.az xəbər verir ki, Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib ki, administrasiya məsələ ilə bağlı müxtəlif imkanları nəzərdən keçirir.
Jurnalistlərin “Azadlıq Əməliyyatı”nın yenidən başladılıb-başlanmayacağı ilə bağlı sualına cavab verən Tramp deyib:
“Düşünmürəm. Başqa seçimlərimiz də var. Pakistan bizdən bunu etməməyimizi istədi. ‘Azadlıq Əməliyyatı’ yaxşı layihə idi, amma alternativ yollar da mövcuddur.”
Aytən Yaşar/ Turkustan.az