Tatlısəs ailəsi üçün kabus dolu gün! Nəvəsi də xəstəxanaya yerləşdirildi


Türkiyəli sənətçi İbrahim Tatlısəsin səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirildiyi gün ailəsində başqa bir sağlamlıq məsələsinin də yaşandığı məlum olub.

Turkustan.az xəbər verir ki, həmin gün oğlu İdo Tatlısəs və gəlini Yasemin Şefkatlı Tatlısəs də övladları ilə birlikdə xəstəxanada olublar.

Yasemin Şefkatlı sosial media hesabında paylaşım edərək bildirib ki, oğlu Aylin kardioloji müayinədən keçirilib. O, eyni zamanda həmin gün İbrahim Tatlısəsin də səhhətinin pisləşdiyini qeyd edib.

Paylaşımında bu sözləri yazıb:
“Dünən bizim üçün çətin gün oldu. Burada ola bilmədik, amma şükür ki, ailəmizin hər bir üzvü yaxşıdır və daha da yaxşı olacağına inanırıq. Aylin planlı kardioloji müayinədən keçdi, növbəti mərhələləri müzakirə etdik. Bu yolda mübarizik. Elə həmin vaxt babası da xəstələndi və ora getməli olduq. Bəzən belə hallar olur. Allah hamımızı qorusun".

Tatlıses ailəsi üçün kabuslu bir gün! Nəvəsi də xəstələnəndə xəstəxanada idi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ