“Avroviziya 2026″da ölkəmizi təmsil edən Jiva Vyanada ikinci məşqini edib.
Turkustan.az xəbər verir ki, müğənni “Just Go” lirik mahnısını bu dəfə səhnə şousu ilə birlikdə nümayiş etdirib.
İkinci məşq zamanı işıqlandırma, vizual effektlər də yer alıb.
Məşqdən videolar yarışmanın rəsmi səhifəsində yayımlanıb.
Qeyd edək ki, yarışma mayın 12, 14 və 16-da keçiriləcək. Jiva mayın 14-də ikinci yarımfinalda səhnəyə çıxacaq./Globalinfo.az