“Son görüşdə komissiyalarla gələcək iş üçün böyük əhəmiyyət kəsb edən üç layihə sənədi barədə razılığa gəlmişik”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan və Azərbaycanın müvafiq komissiyalarının sərhədlərin delimitasiyası məsələləri üzrə işi barədə jurnalistlərə deyib.
“Bu sənədlərdə prosedur təsvir olunur, daha çox texniki xarakter daşıyır, amma yenə də vacib məsələdir, çünki biz bu sənədlərə uyğun hərəkət etməliyik. Bu sənədlər açıqdır, hər iki ölkədə daxili prosedurlar vasitəsilə təsdiqlənməlidir və uyğun şəkildə siz də mətnlə tanış olacaqsınız”, - o bildirib.
Bundan sonra prosesin yerində başlaması üçün nə qədər vaxt lazım olacağı soruşulduqda baş nazirin müavini belə cavab verib: “Gələcək tədbirlərlə bağlı bütün məlumatları ictimaiyyətə açıqlaya biləcəyimiz qədər dərc edirik. Deyəcək yeni sözüm yoxdur”./teleqraf